AZ

“Məktəbə hamı istədiyi hər şeyi çox asan gətirə bilər?”

Hurriyyet saytından verilən məlumata görə, ain.az xəbər verir.

Aparıcı Leyla Quliyeva sosial media hesabında ötən gün İdrak liseyində baş verən insidentdən yazıb.

Publika.az xəbər verir ki, sənətçi bu barədə “Instagram”da paylaşım edib:

“İdrak - dərk etmək, anlamaqdırsa, bir uşaq dərk etmədən bunu etdi. Bir müəllim dərs verdiyindən dərd aldı. Konflikt var idi? Kimsə bilirdimi? Uşaq üçün evdəki ov tüfəngi niyə bu qədər əlçatan idi? Niyə heç kim onun silahı evdən çıxardığını görmədi? Niyə problem bura qədər böyüdü? Uşaq evdə problemini danışmağa, məsləhət almağa adam tapmadı... Məktəbdə də tapmadı... Məktəbə hamı istədiyi hər şeyi çox asan gətirə bilər? Uşaqla heç kim dost deyil, heç kim ona hayan deyil? Niyə müəllimə qarşı bu boyda aqressiya var? Və təkcə müəllimə qarşıdırmı?? Məsələ təkcə sözügedən liseydə deyil axı. Sual çoxdur, amma əsas bu dəqiqə həyatla çarpışan müəllim və bütün həyat gedişatı dəyişən yeniyetmədir”. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
3
hurriyyet.az

4Mənbələr