AZ

"Məktəbə hamı istədiyi hər şeyi çox asan gətirə bilər?"

"İdrak - dərk etmək, anlamaqdırsa, bir uşaq dərk etmədən bunu etdi. Bir müəllim dərs verdiyindən dərd aldı. Konflikt var idi? Kimsə bilirdimi?".

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri aparıcı Leyla Quliyeva sosial şəbəkədə yazıb.

O, ötən gün müəllimini güllələyən şagirddən yazıb:

"Uşaq üçün evdəki ov tüfəngi niyə bu qədər əlçatan idi? Niyə heç kim onun silahı evdən çıxardığını görmədi? Niyə problem bura qədər böyüdü? Uşaq evdə problemini danışmağa, məsləhət almağa adam tapmadı... Məktəbdə də tapmadı... Məktəbə hamı istədiyi hər şeyi çox asan gətirə bilər? Uşaqla heç kim dost deyil, heç kim ona hayan deyil? Niyə müəllimə qarşı bu boyda aqressiya var? Və təkcə müəllimə qarşıdırmı?? Məsələ təkcə sözügedən liseydə deyil axı. Sual çoxdur, amma əsas bu dəqiqə həyatla çarpışan müəllim və bütün həyat gedişatı dəyişən yeniyetmədir".(Axşam.az)

"Cebheinfo.az"

Seçilən
21
3
cebheinfo.az

4Mənbələr