ain.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
Kriştiano Ronaldonun "Real"dan ayrılmasından sonra klub birbaşa cərimə zərbələrindən xeyli az qol vurmağa başlayıb.
Sportal.az xəbər verir ki, portuqaliyalı hücumçu Madrid təmsilçisinin heyətində 9 mövsüm çıxış edib. Bu müddət ərzində "kral klubu" mövsümə orta hesabla birbaşa cərimə zərbələrindən 6,1 qol vururdu. Ronaldunun 2018-ci ildə gedişindən sonra isə bu göstərici kəskin şəkildə azalaraq mövsümə 1,6 qola düşüb.
Kriştiano 2009-cu ildən etibarən "Real"ın heyətində birbaşa cərimə zərbələrindən ümumilikdə 33 qol vurub. O, bu qolları 444 cəhddə reallaşdırıb. Bu göstəricidə ikinci yerdə Qaret Beyl qərarlaşıb. Uelsli futbolçu 72 zərbədən 4 qol vurub. Üçüncü pilləni isə Mesut Özil və Xames Rodriqes bölüşürlər. Hər iki futbolçu müvafiq olaraq 18 və 19 cəhddən 3 dəfə fərqlənib.
saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.