EN

Ronaldo Real dan ayrılandan sonra bu göstərici kəskin şəkildə azaldı

ain.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

Kriştiano Ronaldonun "Real"dan ayrılmasından sonra klub birbaşa cərimə zərbələrindən xeyli az qol vurmağa başlayıb.

Sportal.az xəbər verir ki, portuqaliyalı hücumçu Madrid təmsilçisinin heyətində 9 mövsüm çıxış edib. Bu müddət ərzində "kral klubu" mövsümə orta hesabla birbaşa cərimə zərbələrindən 6,1 qol vururdu. Ronaldunun 2018-ci ildə gedişindən sonra isə bu göstərici kəskin şəkildə azalaraq mövsümə 1,6 qola düşüb.

Kriştiano 2009-cu ildən etibarən "Real"ın heyətində birbaşa cərimə zərbələrindən ümumilikdə 33 qol vurub. O, bu qolları 444 cəhddə reallaşdırıb. Bu göstəricidə ikinci yerdə Qaret Beyl qərarlaşıb. Uelsli futbolçu 72 zərbədən 4 qol vurub. Üçüncü pilləni isə Mesut Özil və Xames Rodriqes bölüşürlər. Hər iki futbolçu müvafiq olaraq 18 və 19 cəhddən 3 dəfə fərqlənib.

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
sportal.az

2Sources