AZ

ABŞ-ın zərbə qrupu Ərəbistan dənizində

ABŞ Hərbi Dəniz Qüvvələrinin "Avraam Linkoln" təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupu Ərəbistan dənizinə daxil olub.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X"də məlumat yayıb.

"ABŞ Sahil Mühafizəsinin iki təchizat gəmisi və iki kater gəmisinin müşayiəti ilə "Avraam Linkoln" təyyarədaşıyan gəmisi bu gün Ərəbistan dənizində birgə tranzit əməliyyatı həyata keçirib", - deyə bildirilib.

Mərkəzi Komandanlıq əlavə edib ki, hərbi təyyarələr gəmilərin üzərindən uçub.

Seçilən
13
1
publika.az

2Mənbələr