Pakistan İslamabaddakı məsciddə insanların ölümünə səbəb olan partlayışla əlaqədar dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.
Publika.az xəbər verir ki, bu barədə Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar "X"də yazıb.
"Bu çətin vaxtda Pakistanla həmrəyliyə görə sizə təşəkkür edirik. Terrorizmlə mübarizədə əzmimiz sarsılmaz olaraq qalır", - o bildirib.