AZ

Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Pakistan İslamabaddakı məsciddə insanların ölümünə səbəb olan partlayışla əlaqədar dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar "X" sosial şəbəkəsində yazıb.

"Bu çətin vaxtda Pakistanla həmrəyliyə görə sizə təşəkkür edirik. Terrorizmlə mübarizədə əzmimiz sarsılmaz olaraq qalır", - o yazıb.

Qeyd edək ki, bu gün İslamabadda məsciddə baş verən partlayış nəticəsində azı 31 nəfər həlak olub, 169 nəfər yaralanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
7
baku.ws

9Mənbələr