Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 6 fevral, AZƏRTAC
Yeniyetmə qızlardan ibarət Azərbaycan millisinin üzvləri üçün Beynəlxalq Cüdo Federasiyasının tətbiq etdiyi yeni qaydalarla bağlı seminar təşkil olunub.
Azərbaycan Cüdo Federasiyasından (ACF) AZƏRTAC-a bildirilib ki, seminar ACF-nin hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayevin təqdimatında keçirilib.
Məşğələ zamanı qaydalardakı yeniliklər idmançılara praktiki nümunələr üzərindən izah edilib, müxtəlif epizodlar üzrə qərarvermə meyarları ətraflı müzakirə olunub. Seminarın məqsədi yeni tələblərin daha dəqiq mənimsənilməsi, yarışlarda yarana biləcək anlaşılmazlıqların qarşısının alınması və taktiki yanaşmanın daha səmərəli qurulmasına dəstək göstərmək olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.