AZ

Ölkəmizin xarici siyasəti qlobal sülh və əməkdaşlığa real töhfələr verir

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ölkəmizin müasir xarici siyasət kursunun mahiyyətini bir daha aydın şəkildə ortaya qoydu”.

Publika.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, qeyd edib ki, bu səfər balanslı, praqmatik və çoxşaxəli diplomatiyanın konkret nəticələr doğurduğunu nümayiş etdirməklə yanaşı, Azərbaycanın qlobal və regional proseslərdə artan rolunu təsdiqlədi:

“Xüsusilə Yaxın Şərq kimi strateji əhəmiyyətə malik bir regionda BƏƏ ilə münasibətlərin ardıcıl şəkildə dərinləşdirilməsi mövcud beynəlxalq reallıqlar fonunda uzaqgörən və çevik siyasi xəttin göstəricisi kimi dəyərləndirilməlidir. Azərbaycan–BƏƏ münasibətləri artıq təkcə siyasi dialoq müstəvisində deyil, iqtisadi, enerji və təhlükəsizlik sahələrində də strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir.”

Seçilən
24
15
publika.az

10Mənbələr