AZ

Ölkəmizin xarici siyasəti qlobal sülh və əməkdaşlığa real töhfələr verir - Kamaləddin Qafarov

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevinfevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ölkəmizinmüasir xarici siyasət kursunun mahiyyətini bir daha aydın şəkildəortaya qoydu.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov deyib.

O, qeyd edib ki, bu səfər balanslı, praqmatik və çoxşaxəlidiplomatiyanın konkret nəticələr doğurduğunu nümayiş etdirməkləyanaşı, Azərbaycanın qlobal və regional proseslərdə artan rolunutəsdiqlədi:

“Xüsusilə Yaxın Şərq kimi strateji əhəmiyyətə malik bir regiondaBƏƏ ilə münasibətlərin ardıcıl şəkildə dərinləşdirilməsi mövcudbeynəlxalq reallıqlar fonunda uzaqgörən və çevik siyasi xəttingöstəricisi kimi dəyərləndirilməlidir. Azərbaycan–BƏƏ münasibətləriartıq təkcə siyasi dialoq müstəvisində deyil, iqtisadi, enerji vətəhlükəsizlik sahələrində də strateji tərəfdaşlıq səviyyəsinəyüksəlməkdədir.”

Millət vəkili vurğulayıb ki, səfər çərçivəsində imzalanmışsənədlər iki ölkə arasında əməkdaşlığın institusional əsaslarınıdaha da möhkəmləndirir:

“Qeyd olunmalıdır ki, “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyatNazirliyinə məxsus qeyri-nəzarət payının bir hissəsinin Əbu-DabiMilli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satılmasıilə bağlı sənəd enerji əməkdaşlığında keyfiyyətcə yeni mərhələninbaşlanğıcıdır. Bu addım Azərbaycanın enerji layihələrininbeynəlxalq investisiyalar üçün cəlbediciliyini artırmaqla yanaşı,ölkəmizin etibarlı enerji tərəfdaşı statusunu daha da gücləndirir.Paralel olaraq Azərbaycan və BƏƏ Müdafiə Nazirlikləri arasındamüdafiə əməkdaşlığına dair niyyət məktubunun imzalanmasıtəhlükəsizlik sahəsində qarşılıqlı etimadın və stratejikoordinasiyanın dərinləşdiyini göstərir. Səfərin diqqətçəkənməqamlarından biri də Prezident İlham Əliyev və BƏƏ Prezidenti ŞeyxMəhəmməd bin Zayed Əl Nəhyanın iki ölkənin silahlı qüvvələrininiştirakı ilə keçirilən “Sülh Qalxanı–2026” birgə əməliyyat-taktikitəlimini izləmələri oldu. Bu fakt Azərbaycan–BƏƏ münasibətlərininyalnız siyasi bəyanatlar səviyyəsində deyil, praktiki müstəvidə dəinkişaf etdiyini, müdafiə sahəsində real əməkdaşlığınformalaşdığını sübut edir. Birgə təlimlər regional və beynəlxalqtəhlükəsizlik təşəbbüslərinə töhfə verməklə yanaşı, Azərbaycanınsülh və sabitliyə əsaslanan xarici siyasət konsepsiyasına tamuyğundur. Səfərin ən mühüm siyasi və mənəvi hadisələrindən biri isəəlbəttə ki, cənab Prezident İlham Əliyevə “Zayed İnsan QardaşlığıMükafatı”nın təqdim olunmasıdır. Dünyada sülhün təşviqi, beynəlxalqəməkdaşlığın gücləndirilməsi və xalqlar arasında dialoquninkişafına verilən töhfələrə görə təqdim edilən bu nüfuzlu mükafatPrezident İlham Əliyevin qlobal miqyasda artan nüfuzunun vəliderlik rolunun beynəlxalq səviyyədə tanınmasının bariznümunəsidir. Bu mükafat eyni zamanda Azərbaycanın multikulturalizm,tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan dövlətsiyasətinin beynəlxalq aləmdə yüksək qiymətləndirildiyini göstərir.Beləliklə, BƏƏ-yə işgüzar səfər bir daha təsdiqlədi ki, AzərbaycanPrezidentinin rəhbərliyi ilə yürüdülən xarici siyasət millimaraqlara xidmət etməklə yanaşı, qlobal sülh və əməkdaşlıqgündəliyinə real töhfələr verir”.

Seçilən
27
15
az.trend.az

10Mənbələr