AZ

ABŞ İranda keçid hökuməti qurmağa hazırlaşır

ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu barədə Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən ingilisdilli "The National News" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin prosesdə yaxından iştirakı nəzərə çarpır. O, sözügedən məsələ üzrə məsləhətləşmələr aparılması üçün bir qrup iranəsilli biznesmeni öz ətrafında toplayır. Qəzet həmçinin diqqətə çatdırır ki, ABŞ hökumətinin nümayəndələri yaxın günlərdə Florida ştatının Palm-Biç şəhərində İran müxalifətinin üzvləri ilə görüşmək niyyətindədir. Görüşün bu şəhərdə Donald Trampa məxsus "Mar-a-Laqo" iqamətgahında keçirilib-keçirilməyəcəyi hələlik məchuldur. Ağ Ev bu xəbər barədə ümumiyyətlə hər hansı şərh verməyib.

ABŞ öz vətəndaşlarını İrandan çıxmağa çağırıb

Xatırladaq ki, İranda dekabrın 28-də başlamış etiraz aksiyaları fonunda Tehran və Vaşinqtonun münasibətləri daha da gərginləşib. Keçmiş İran şahının oğlu, ABŞ-də yaşayan Rza Pəhləvi müxalif qüvvələrə öz davamlı dəstəyini çatdırıb, eyni zamanda, İranda teokratik rejim devrilərsə, hakimiyyətə gəlmək niyyətini dilə gətirib. Firudin Həmidli

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
1
azvision.az

2Mənbələr