Qəzet həmçinin diqqətə çatdırır ki, ABŞ hökumətinin nümayəndələri yaxın günlərdə Florida ştatının Palm-Biç şəhərində İran müxalifətinin üzvləri ilə görüşmək niyyətindədir. Görüşün bu şəhərdə Donald Trampa məxsus "Mar-a-Laqo" iqamətgahında keçirilib-keçirilməyəcəyi hələlik məchuldur. Ağ Ev bu xəbər barədə ümumiyyətlə hər hansı şərh verməyib.
![]() |
| ABŞ öz vətəndaşlarını İrandan çıxmağa çağırıb |
Xatırladaq ki, İranda dekabrın 28-də başlamış etiraz aksiyaları fonunda Tehran və Vaşinqtonun münasibətləri daha da gərginləşib. Keçmiş İran şahının oğlu, ABŞ-də yaşayan Rza Pəhləvi müxalif qüvvələrə öz davamlı dəstəyini çatdırıb, eyni zamanda, İranda teokratik rejim devrilərsə, hakimiyyətə gəlmək niyyətini dilə gətirib.
Firudin Həmidli
AzVision.az
