AZ

“Turan Tovuz” “Kəpəz”i 1 qolla məğlub etdi

Turan Tovuz”  Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Kəpəz”lə qarşılaşıb.

Msport.az xəbər verir ki, oyun “Azərsun Arena”da keçirilib.

Görüş Kurban Berdiyevin komandasının minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Matçda yeganə qolu 57-ci dəqiqədə Hayderson Hurtado vurub.

Qeyd edək ki, oyunun gedişində Tovuz klubunun baş məşqçisi Berdiyev və onun köməkçisi Yunis Hüseynov qırmızı vərəqə ilə cəzalandırılıb.

Azərbaycan kuboku, 1/4 final, ilk oyunlar

5 fevral

19:00. “Turan Tovuz” – “Kəpəz” 1:0

Qol: Hayderson Hurtado, 57

(“Azərsun Arena”)

14:30. “Şamaxı” – “Qarabağ” – 2:1

Qollar: Kərim Rossi,26 (1:0), 41 (2:0), Musa Qurbanlı, 79 (2:1)

(Şamaxı şəhər stadionu)

19:00. “Turan Tovuz” – “Kəpəz”

(“Azərsun Arena”)

4 fevral

“Sabah” – “Qəbələ” – 0:0

“Sumqayıt” – “Zirə” – 0:0 

Yarımfinal cütləri

“Sabah”/“Qəbələ” – “Qarabağ”/“Şamaxı”
“Sumqayıt”/“Zirə” – “Turan Tovuz”/“Kəpəz”

Seçilən
18
msport.az

1Mənbələr