Turan Tovuz” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Kəpəz”lə qarşılaşıb.
Msport.az xəbər verir ki, oyun “Azərsun Arena”da keçirilib.
Görüş Kurban Berdiyevin komandasının minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Matçda yeganə qolu 57-ci dəqiqədə Hayderson Hurtado vurub.
Qeyd edək ki, oyunun gedişində Tovuz klubunun baş məşqçisi Berdiyev və onun köməkçisi Yunis Hüseynov qırmızı vərəqə ilə cəzalandırılıb.
Azərbaycan kuboku, 1/4 final, ilk oyunlar
5 fevral
19:00. “Turan Tovuz” – “Kəpəz” 1:0
Qol: Hayderson Hurtado, 57
(“Azərsun Arena”)
14:30. “Şamaxı” – “Qarabağ” – 2:1
Qollar: Kərim Rossi,26 (1:0), 41 (2:0), Musa Qurbanlı, 79 (2:1)
(Şamaxı şəhər stadionu)
19:00. “Turan Tovuz” – “Kəpəz”
(“Azərsun Arena”)
4 fevral
“Sabah” – “Qəbələ” – 0:0
“Sumqayıt” – “Zirə” – 0:0
Yarımfinal cütləri
“Sabah”/“Qəbələ” – “Qarabağ”/“Şamaxı”
“Sumqayıt”/“Zirə” – “Turan Tovuz”/“Kəpəz”