AZ

Qurban Qurbanovdan “Qarabağ“a “yox“ deyən “Neftçi“ ilə bağlı açıqlama

Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Belə vacib matçdan öncə çempionat oyununun təxirə salınması böyük kömək ola bilərdi".

Moderator.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov "Şamaxı" - "Qarabağ" 2:1 matçından sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, oyunun təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət ediblər:

"Ümumiyyətlə hər hadisəyə normal yanaşıram. Bu kiminsə haqlı ya haqsız çıxarılacağı mövzu deyil. Biz oyunun təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət etdik. "Nyukasl Yunayted"lə oyunların arasında başqa rəqib də ola bilərdi. Məni daha çox narahat edən bazar günü yox, şənbə günü oynamağımızdır. Altı gündə üç oyun keçirəcəyik. Belə vacib matçdan öncə çempionat oyununun təxirə salınması böyük kömək ola bilərdi. Biz müraciət etdik, onlar da razılaşmadılar. Reqlamentdə var ki, pley-offda iştirak edən komandalara güzəşt oluna bilər. Burada ciddi bir problem görmürəm. Onların da öz proqramları var. Başa düşürəm, amma bu vaxta kimi olub ki, "Neftçi" ilə oyunun ya yerini dəyişdirmişik ya təxirə salmışıq. Kimdənsə küsmək, incimək fikrimiz yoxdur. Daha dərindən düşünərək oyunlara hazırlaşmalıyıq".

"Buna neqativ cavab deməzdim. Sadəcə "yox" deyiblər. Sadəcə bildiriblər ki, oynamaq istəyirik. Bizim tərəfimizdən üzərinə gediləsi mövzu deyil. Azarkeşləri başa düşmək olar. Bəlkə də onların arasında gedən müzakirədir. Dörd gün sonra yenə Şamaxıya gələcəyik, daha sonra Qubaya gedəcəyik. Yaxşı hazırlıq prosesimiz olmayacaq. Rəqib nə qədər güclü olsa da, sona qədər mübarizə aparmaq istəyirik", - deyə baş məşqçi qeyd edib.

Q.Qurbanov "Nyukasl Yunayted" barədə də danışıb:

"Özlərinə xas oyun üslubları var. Çox bərk komandadır. İlk prinsipləri rəqibə oynamağa imkan verməməkdir. Onlar da bizimlə oyuna çox istəkli hazırlaşacaqlar".

Xatırladaq ki, fevralın 18-də UEFA Çempionlar Liqasının play-off mərhələsində "Qarabağ" Bakıda "Nyukasl Yunayted"ə qarşı ilk görüşünü keçirəcək. Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
3
moderator.az

10Mənbələr