AZ

Qurban Qurbanov “Neftçi”nin “yox” cavabına münasibət bildirdi

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə dair sualı cavablandırıb.

"Yeni Sabah" sportal.az-a istinadla xəbər verir ki, mətbuat konfransında ona bu sual ünvanlanıb:

- "Neftçi" sizinlə oyunun təxirə salınmasına razı olmadı və bu geniş müzakirələrə səbəb oldu. Siz bu müzakirələrin olmasını normal hesab edirsiz?

- Sosial şəbəkələrdə olmuram. Ümumiyyətlə, hər hadisəyə normal yanaşıram. Kimin haqlı, kimin haqsız çıxarılacağı mövzu deyil. Biz oyunun təxirə salınması üçün PFL-ə müraciət etdik. "Nyukasl"la oyunların arasında başqa rəqib də ola bilərdi. Məni daha çox narahat edən bazar günü yox, şənbə günü oynamağımızdır. 6 gündə 3 oyun keçirəcəyik. Belə vacib matçdan öncə çempionat oyununun təxirə salınması böyük kömək ola bilərdi.

Biz müraciət etdik, onlar da razılaşmadılar. Reqlamentdə var ki, pley-offda iştirak edən komandalara güzəşt oluna bilər. Olmadı. Burada ciddi bir problem görmürəm. Onların da öz proqramları var. Başa düşürəm. Amma bu vaxta kimi olub. "Neftçi"nin özü ilə oyunun ya yerini dəyişdirmişik ya təxirə salmışıq. Kimdənsə küsmək, incimək fikrimiz yoxdur. Daha dərindən düşünərək oyunlara hazırlaşmalıyıq.

- "Neftçi"dən neqativ cavab gözləyirdiniz?

- Buna neqativ cavab deməzdim. Sadəcə "yox" deyiblər. Sadəcə bildiriblər ki, oynamaq istəyirik. Bizim tərəfimizdən üzərinə gediləsi mövzu deyil. Azarkeşləri başa düşmək olar. Bəlkə də onların arasında gedən müzakirədir. 4 gün sonra yenə Şamaxıya gələcəyik. Daha sonra Qubaya gedəcəyik. Yaxşı hazırlıq prosesimiz olmayacaq. Rəqib nə qədər güclü olsa da, sona qədər mübarizə aparmaq istəyirik.


Telegram kanalımız
Seçilən
5
2
yenisabah.az

10Mənbələr