AZ

Finlandiyada dünyanın ən böyük “Runeberq” tortu hazırlandı

Bakı. Trend:

Finlandiyanın Turku şəhərində dünyanın ən böyük “Runeberq” tortubişirilib.

Trend xəbər verirki, bu barədə “Yle” məlumat yayıb.

Tortun hündürlüyü 57 santimetr, çəkisi isə 33,5 kiloqram təşkiledir. Nəhəng şirniyyatı təxminən 350 dilimə bölmək mümkündür.Tortun hazırlanması prosesi üç gün davam edib.

Çörəkçi Tero Kemppaynen və baş aşpaz Robin Hoppe tortunbişirilməsini uğurla başa çatdırıblar. Tortun bəzədilməsi üçünnəzərdə tutulan üst qatın qaldırılması hər iki ustadan böyük fizikisəy tələb edib.

“Son ştrixlər həmişə ən həyəcanlı hissə olur, amma dörd nəfərləbirlikdə hər şey problemsiz keçdi”, – deyə Kemppaynen bildirib.

Qeyd edək ki, əvvəlki rekord iki il əvvəl qeydə alınmışdı vəhəmin vaxt “Runeberq” tortunun hündürlüyü 46 santimetr olmuşdu.

Xatırladaq ki, Runeberq Günü hər il fevralın 5-də Finlandiyanınmilli şairi Yohan Lüdviq Runeberqin şərəfinə qeyd olunur. Bayramtədbirləri çərçivəsində “Runeberq” tortu xüsusi diqqət mərkəzindəolur. Bu məşhur şirniyyatın yaradıcısı şairin həyat yoldaşıFredrika Runeberq hesab edilir və onun kulinariya kitabındakıresept Porvo şəhərinin rəsmi saytında yer alır.

Seçilən
70
3
az.trend.az

4Mənbələr