Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 5 fevral, AZƏRTAC
Finlandiyanın Turku şəhərində dünyanın ən böyük “Runeberq” tortu hazırlanıb.
AZƏRTAC “Yle” Televiziyasına istinadla xəbər verir ki, tortun hündürlüyü 57 santimetr, çəkisi isə 33,5 kiloqramdır. Onu təxminən 350 dilimə bölmək mümkündür. Bişirmə prosesi üç gün çəkib.
Çörəkçi Tero Kemppaynen və baş aşpaz Robin Hoppe tortun hazırlanmasını başa çatdırıblar. Tortu bəzəmək üçün nəzərdə tutulan üst qatı qaldırmaq hər ikisindən böyük zəhmət tələb edib.
“Son ştrixlər həmişə ən həyəcanlı hissə olur, amma dörd nəfərlə birlikdə hər şey yaxşı keçdi”, - deyə Kemppaynen söyləyib.
Əvvəlki rekord iki il əvvəl qeydə alınmışdı. Həmin vaxt “Runeberq” tortunun hündürlüyü 46 santimetr idi.
Runeberq Günü fevralın 5-də Finlandiyanın milli şairi Yohan Lüdviq Runeberqin şərəfinə qeyd olunur və bayram tədbirləri çərçivəsində “Runeberq” tortuna xüsusi diqqət yetirilir. Bu şirniyyatın yaradıcısı şairin həyat yoldaşı Fredrika Runeberq hesab olunur. Onun kulinariya kitabındakı resepti isə Porvo şəhərinin rəsmi saytında tapmaq mümkündür.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.