İsrailin müdafiə naziri İsrael Kats HAMAS-ı hədələyib.
Kats deyib ki, HAMAS razılaşdırılmış çərçivəyə uyğun olaraq tərksilah edilməsə, İsrail onu və onun bütün imkanlarını məhv edəcək.
Müdafiə naziri İsrailin HAMAS-ı tərksilah etməkdə "qətiyyətli" olduğunu bəyan edib:
"Bütün girovlarımızı geri qaytarmaq məqsədimizə çatdıqdan sonra HAMAS-ın tərksilah edilməsini və Qəzzanın tam silahsızlaşdırılmasını tamamlamaq əzmindəyik".
\APA