İsrailin müdafiə naziri İsrael Kats HƏMAS-ı hədələyib.
Redaktor.az-ın “The Times of Israel”ə istinadən verdiyi xəbərə görə, Kats deyib ki, HƏMAS razılaşdırılmış çərçivəyə uyğun olaraq tərksilah edilməsə, İsrail onu və onun bütün imkanlarını məhv edəcək.
Müdafiə naziri İsrailin HƏMAS-ı tərksilah etməkdə "qətiyyətli" olduğunu bəyan edib:
“Bütün girovlarımızı geri qaytarmaq məqsədimizə çatdıqdan sonra HƏMAS-ın tərksilah edilməsini və Qəzzanın tam silahsızlaşdırılmasını tamamlamaq əzmindəyik".