AZ

Bakıda binanın fasadı uçaraq maşınları zədələdi

Bakıda çoxmərtəbəli binanın fasadı güclü küləyin təsiri ilə uçub.

Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu General Əliağa Şıxlinski küçəsi 42 ünvanında baş verib.

Həmin ünvanda yerləşən yeni tikilmiş çoxmərtəbəli binanın fasad örtüyü qoparaq həyətdəki maşınların üzərinə tökülüb.

Nəticədə 3 avtomobilə ciddi zərər dəyib.

Görüntüləri təqdim edirik:

Seçilən
28
8
far.az

10Mənbələr