Bakıda çoxmərtəbəli binanın fasadı güclü küləyin təsiri ilə uçub.
Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu General Əliağa Şıxlinski küçəsi 42 ünvanında baş verib.
Həmin ünvanda yerləşən yeni tikilmiş çoxmərtəbəli binanın fasad örtüyü qoparaq həyətdəki maşınların üzərinə tökülüb.
Nəticədə 3 avtomobilə ciddi zərər dəyib.
Görüntüləri təqdim edirik: