ain.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub.
İclasda Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 321-ci maddəsinin “Qeyd” hissəsinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 23-nə təyin olunmuş iclasında baxılacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.