AZ

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub.

Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Konstitusiyanın 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Ali Məhkəmənin Mülki Kollegiyasının 6 noyabr 2025-ci il tarixli qərarının Konstitusiyaya və qanunlarına uyğunluğunun yoxlanılmasına dair vətəndaş A.Şükürovanın şikayətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Şikayətə mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 20-nə təyin edilmiş iclasında baxılacaq.

Seçilən
19
13
azertag.az

10Mənbələr