AZ

Azərbaycan kuboku: "Zirə" "Sumqayıt"a, "Sabah" "Qəbələ"yə qarşı - YENİLƏNİR

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk matçlarına start veriləcək.

Sportal.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.

"Sumqayıt" "Zirə” ilə qarşılaşacaq. "Sabah" isə "Qəbələ"ni sınağa çəkəcək.

1/4 final mərhələsinin digər iki matçı isə sabah baş tutacaq.

Azərbaycan kuboku

1/4 final, ilk oyunlar

4 fevral

17:00. "Sumqayıt" - "Zirə"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli.

VAR: Kamal Umudlu.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19:30. "Sabah" - "Qəbələ"

Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

“Bank Respublika Arena”

saytlarin hazirlanmasi

Seçilən
7
2
sportal.az

10Mənbələr