AZ

Bizon Azərbaycan Kuboku: 1/4 final görüşləri start götürür

BAKI, 4 fevral. TELEQRAF

Bu gün Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.

Teleqraf xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Əvvəlcə “Sumqayıt” Mehdi Hüseynzadə adına şəhər stadionunda “Zirə”ni qəbul edəcək. Baş hakim Cavid Cəlilovun idarə edəcəyi görüş saat 17:00-da başlayacaq.

Günün növbəti matçında “Sabah” və “Qəbələ” üz-üzə gələcək. “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 19:30-da start götürəcək. Oyunun baş hakimi Fərid Hacıyev olacaq.

Bizon Azərbaycan Kuboku
1/4 final mərhələsi, ilk oyunlar
4 fevral

17:00. “Sumqayıt” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19:30. “Sabah” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena”

Qeyd edək ki, 1/4 final mərhələsinin digər görüşləri sabahkeçiriləcək. Cavab oyunları isə 3–4 mart tarixlərində baş tutacaq.

Seçilən
14
14
teleqraf.com

10Mənbələr