Bakı. Trend:
Valyuta bazarındakı stabillik qiymət sabitliyinin təminedilməsində mühüm rol oynamağa davam edir. 2025-ci ildə mübadiləşöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 423 mln.ABŞ dolları üstələyib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bildirilib ki, rezident fiziki şəxslərin əmanətlərinindollarlaşma səviyyəsinin 2025-ci ildə 2.6 faiz bəndi azalaraq 28%-əenməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Buşəraitdə 2025-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 5.1%artaraq 11.5 mlrd. ABŞ dollarına çatıb.
“Valyuta bazarında tarazlığın formalaşmasında həlledici roloynayan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrükstatistikasına əsasən, 2025-ci ildə ölkənin xarici ticarətində 0.7mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. İlkinqiymətləndirmələrə görə, qızıl idxalı çıxılmaqla xarici ticarətdəmüsbət saldo 6.9 mlrd. ABŞ dollarını üstələyib. Mərkəzi Bankınyenilənmiş makroiqtisadi proqnozlarına uyğun olaraq 2026 və 2027-ciillərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağıgözlənilir”, - məlumatda qeyd edilib.