AZ

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr keçirildi

Bakı şəhərində Azərbaycan Respublikası ilə Serbiya Respublikası Xarici İşlər Nazirlikləri arasında çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Nümayəndə heyətinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Serbiya tərəfindən isə dövlət katibi Nevena Yovanoviç başçılıq ediblər.

Siyasi məsləhətləşmələr zamanı, dəyişən geosiyasi reallıqlar kontekstində hər iki ölkənin xarici siyasət prioritetləri, qarşılıqlı maraq doğuran beynəlxalq və regional proseslər, habelə əsas çağırışlar barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin strateji tərəfdaşlıq münasibətlərinə malik iki ölkə arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, iqlim dəyişmələri ilə mübarizə və digər sahələr üzrə çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.

Seçilən
12
17
publika.az

10Mənbələr