AZ

® “Bank of Baku”nun “Mastercard Digital Bolkart” kartı qazandırır – 5 faiz keşbek və pulsuz gedişlər!

Rəqəmsallaşma yolunda inamla addımlayan Bank of Baku yeni təqdim etdiyi rəqəmsal məhsulu – “Digital Bolkart” kartı üzrə müştərilər üçün keşbek kampaniyasına start verir.

Belə ki, “Bank of Baku”nun “Mastercard Digital Bolkart” kartı ilə alış-veriş edən müştərilər,

 Həm “Bravo” marketlər şəbəkəsində, həm də SOCAR yanacaqdoldurma məntəqələrində 5 faiz keşbek qazanacaq.

Ay ərzində müştərilər hər bir kateqoriya üzrə maksimum 20 AZN keşbek qazana bilər. SOCAR-da keşbek qazanmaq üçün ödənişi “Bank of Baku”ya aid POS terminallar ilə etmək mütləqdir.

 Bakı Metropolitenində hər 3-cü gediş pulsuz!

Yəni hər üçüncü gedişin məbləği müştəriyə keşbek olaraq geri qayıdacaq. Gedişlərdən qazanılacaq keşbek məbləğinə isə limit yoxdur.

Keşbek qazanmaq üçün ödənişlərin AZN valyutalı Digital Bolkart kartı ilə edilməsi mütləqdir. Keşbeklər “Google Pay” və ya “Apple Pay” vasitəsilə həyata keçirilən ödənişlərdən əldə olunur. Qazanılan keşbek məbləğləri müştərinin keşbek balansında dərhal əks olunur.

Qeyd edək ki, Digital Bolkart kartı ilə keşbek qazanmaq üçün “Dostbank”da kateqoriya seçiminə ehtiyac yoxdur. Bu şərt fevral ayı üçün keçərlidir.

“Digital Bolkart” kartı, eyni zamanda, aşağıdakı üstünlüklərə də sahibdir:

 Kart qalığına gündəlik əsasda illik 9 faizədək gəlir (yalnız AZN üçün);

 Kartdan karta komissiyasız köçürmə – aylıq 2000 AZN-dək komissiyasız;

 NFC texnologiyası ilə təchiz edilmiş bankomatlarda rahat nağdlaşdırma;

Qeyd edək ki, “Digital Bolkart”ı 3 valyutada – AZN, USD, EUR olaraq ödənişsiz sifariş etmək mümkündür. Bir müştəri hər valyutadan 1 ədəd olmaqla ümumilikdə 3 Digital Bolkart sahibi ola bilər. Sözügedən kartın istifadə müddəti isə 60 aydır.

Məlumat üçün bildirək ki, Bank of Baku 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.

“Bank of Baku”nun məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com  saytına daxil olaraq tanış olmaq olar.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

-www.bankofbaku.com  

www.facebook.com/bankofbaku 

Seçilən
3
7
azertag.az

10Mənbələr