AZ

Rutte: Qərb qoşunları Ukraynaya sülh bağlandıqdan sonra göndəriləcək

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

NATO-nun baş katibi Mark Rutte bildirib ki, Rusiya ilə sülh müqaviləsi bağlandıqdan dərhal sonra "könüllülər koalisiyası"nın silahlı qüvvələri Ukraynada quruda, dənizdə və havada xidmətə cəlb olunacaqlar.

Bizimyol.info xəbər verir ki, o, bu barədə Ali Radada çıxış edərkən bildirib. "Sülh müqaviləsi əldə edilən kimi, razılığa gələn ölkələrin silahlı qüvvələri, havada təyyarələri və dəniz dəstəyi Ukraynada xidmətə başlayacaqlar", - deyə qeyd edib. Rutte ingilis dilində danışıb və onun sözləri Rada heyəti tərəfindən tərcümə edilib.

NATO-nun baş katibi əlavə edib ki, digər NATO üzvləri "başqa yollarla da kömək edəcəklər".

Rusiya NATO qoşunlarının Ukraynada olmasına qarşıdır. 17 dekabr 2025-ci ildə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskvanın Qərb kontingentlərinin Ukraynada yerləşdirilməsi ilə bağlı mövqeyi ardıcıl və hamıya məlumdur.

Daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukraynanın təhlükəsizlik zəmanətlərinin "Ukrayna ərazisinin bir hissəsinə xarici hərbi müdaxilə" yolu ilə təmin edilməsi Rusiya üçün qəbuledilməz olardı.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
23
icma.az

10Mənbələr