
“NATO qoşunları sülh müqaviləsi bağlandıqdan dərhal sonra Ukraynaya yerləşdiriləcək”.
Missiya.Az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Ukrayna Ali Radasında çıxışı zamanı məlumat verib.
"Sülh sazişi bağlanan kimi dərhal Ukraynada silahlı qüvvələr peyda olacaq, təyyarələr havaya qalxacaq və buna razılıq verən NATO ölkələri tərəfindən təmin ediləcək", - deyə siyasətçi vurğulayıb.
Rutte əlavə edib ki, hərbi blok daxilində hərbi kontingentlərini göndərməyə razı olmayan ölkələr Kiyevə başqa yollarla kömək edəcəklər.
Daşqın HəsənovMissiya.Az