AZ

Ramin Məmmədov qəbul keçirəcək

Ayna saytından alınan məlumata görə, ain.az bildirir.

Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 5-də Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarından olan vətəndaşlarla görüşəcək.

Dövlət Komitəsindən AYNA.AZ-a bildirilib ki, görüş saat 11:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsi, 53) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun məsələlərlə bağlı görüşdə iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinə (əlaqə vasitələri: (070) 275 88 33, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
3
ayna.az

10Mənbələr