Bakı, 3 fevral, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 5-də Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarından olan vətəndaşlarla görüşəcək.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüş saat 11:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsi, 53) keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun məsələlərlə bağlı görüşdə iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinə (əlaqə vasitələri: (070) 275 88 33, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.