AZ

Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub

Azərbaycan Yazıçılar Birliyinin XIV qurultayı 2027-ci ildə keçiriləcək.

 

Bu barədə Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

 

Onun sözlərinə görə, növbəti qurultay 2027-ci ilin yay-payız aylarında baş tutacaq:

 

“Əgər hazırlıq işlərini vaxtında yekunlaşdıra bilsək, ehtimal ki, qurultay yay aylarında keçiriləcək”.

 

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin sonuncu qurultayı 2022-ci ildə keçirilib.

 

Xatırladaq ki, hazırkı sədr Xalq yazıçısı Anar son qurultayda növbəti dəfə namizədliyini irəli sürməyəcəyini bildirib./APA

Tarix: 3 Fevral 2026, 13:51   
Seçilən
14
9
pravda.az

10Mənbələr