Azərbaycan Yazıçılar Birliyinin XIV qurultayı 2027-ci ildə keçiriləcək.
"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu barədə Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat yayıb.
Onun sözlərinə görə, növbəti qurultay gələn ilin yay-payız aylarında baş tutacaq:
“Əgər hazırlıq işlərini vaxtında yekunlaşdıra bilsək, ehtimal ki, qurultay yay aylarında keçiriləcək”.
Azərbaycan Yazıçılar Birliyinin sonuncu qurultayı 2022-ci ildə keçirilib.
Xatırladaq ki, hazırkı sədr Xalq yazıçısı Anar son qurultayda növbəti dəfə namizədliyini irəli sürməyəcəyini bildirib.
Telegram kanalımız