AZ

Maqnit qasırğasıOLACAQ

G1 sinfindən olan maqnit qasırğası fevralın 6-da Yer kürəsini bürüyə bilər.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Rusiya Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutunun rəsmi saytında məlumat verilib.

Məlumata görə, yaxın bir neçə gün ərzində Yer kürəsində geomaqnit vəziyyət sakit olacaq. Belə ki, fevralın 4-də qədər hər hansı maqnit qasırğası gözlənilmir. Lakin fevralın 5-nə qədər vəziyyət dəyişməyə başlayacaq.

Alimlər qeyd edirlər ki, vəziyyət bundan sonra gərginləşəcək, fevralın 6-da isə daha da pisləşəcək. Yer kürəsinə zəif hesab edilən G1 sinfindən maqnit qasırğası təhlükə yaradacaq.

Seçilən
0
5
redaktor.az

6Mənbələr