AZ

Yer kürəsini maqnit qasırğası bürüyəcək

G1 sinfindən olan maqnit qasırğası fevralın 6-da Yer kürəsini bürüyə bilər.

 

Bu barədə Rusiya Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutunun rəsmi saytında məlumat verilib.

 

Məlumata görə, yaxın bir neçə gün ərzində Yer kürəsində geomaqnit vəziyyət sakit olacaq. Belə ki, fevralın 4-də qədər hər hansı maqnit qasırğası gözlənilmir. Lakin fevralın 5-nə qədər vəziyyət dəyişməyə başlayacaq.

 

Alimlər qeyd edirlər ki, vəziyyət bundan sonra gərginləşəcək, fevralın 6-da isə daha da pisləşəcək. Yer kürəsinə zəif hesab edilən G1 sinfindən maqnit qasırğası təhlükə yaradacaq./Oxu.az

Tarix: 3 Fevral 2026, 13:17   
Seçilən
0
5
pravda.az

6Mənbələr