AZ

Ötən ay 48 aptekdə yoxlama aparılıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 3 fevral, AZƏRTAC

Bu ilin yanvar ayı ərzində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 48 aptekdə yoxlama keçirilib.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, həmin yoxlamalardan 10-u Bakıda, 38-i isə respublikanın digər şəhər və rayonlarındakı apteklərdə aparılıb.

Yoxlamaların 32-si planlı, 16-sı plandankənar olub.

Aparılmış yoxlamalar nəticəsində 7 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb və həmin pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin 452.1, 452.2 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
17
azertag.az

10Mənbələr