AZ

Ötən ay 48 aptekdə yoxlama aparılıb

Bu ilin yanvar ayı ərzində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 48 aptekdə yoxlama keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, mərkəzdən verilən məlumata görə, həmin yoxlamalardan 10-u Bakıda, 38-sı isə respublikanın digər şəhər və rayonlarındakı apteklərdə aparılıb.

Yoxlamaların 32-si planlı, 16-sı plandankənar olub.

Aparılmış yoxlamalar nəticəsində 7 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb və həmin pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin 452.1, 452.2 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

"Cebheinfo.az"

Seçilən
1
17
cebheinfo.az

10Mənbələr