Almaniyanın “Rheinmetall” şirkəti Danimarka hökumətindən sursat tədarükü üçün böyük həcmli sifariş alıb.
“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında imzalanmış müqavilə 7 il müddətinə nəzərdə tutulub və bir neçə növ sursatın tədarükünü əhatə edir.
Bunlara piyada döyüş maşınları və özüyeriyən zenit qurğular üçün orta çaplı, tanklar üçün 120 mm-lik və artilleriya sistemləri üçün 155 mm-lik sursatlar daxildir.