EN

“Rheinmetall” Danimarkanın tank və artilleriya sursatı ehtiyaclarını qarşılayacaq

Almaniyanın “Rheinmetall” şirkəti Danimarka hökumətindən sursat tədarükü üçün böyük həcmli sifariş alıb.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında imzalanmış müqavilə 7 il müddətinə nəzərdə tutulub və bir neçə növ sursatın tədarükünü əhatə edir.

Bunlara piyada döyüş maşınları və özüyeriyən zenit qurğular üçün orta çaplı, tanklar üçün 120 mm-lik və artilleriya sistemləri üçün 155 mm-lik sursatlar daxildir.

Chosen
12
poliqon.az

1Sources