HƏMAS Qəzzanın idarəçiliyini təhvil vermək üçün bütün lazımi prosedurları tamamlayıb.
Redaktor.az "Al Jazeera" kanalına istinadən xəbər verir ki, bunu HAMAS-ın sözçüsü Hazem Qassem bildirib.
Onun sözlərinə görə, HƏMAS idarəçiliyi Qəzzada Milli Hökumətin ixtiyarına verməyə hazırdır.
“Fələstin cəmiyyətinin müxtəlif fraksiyalarından ibarət komitə təhvil-təslim prosesinə nəzarət edəcək. Biz bütün tərəfləri komitənin bərpa və yenidənqurma səylərini asanlaşdırmağa çağırırıq”, - HƏMAS sözçüsü qeyd edib.
Qeyd edək ki, ABŞ-nin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında əldə olunan razılaşmaya görə, 15 üzvdən ibarət olan Fələstin texnokratik hökuməti Qəzzanın idarəçiliyini HƏMAS-dan təhvil alaraq bu bölgəyə özü nəzarət etməlidir.