AZ

HƏMAS Qəzzanın idarəçiliyini təhvil verməyə hazır olduğunu bildirib

HƏMAS Qəzzanın idarəçiliyini təhvil vermək üçün bütün lazımi prosedurları tamamlayıb.

APA “Al Jazeera“ kanalına istinadən xəbər verir ki, bunu təşkilatın sözçüsü Hazem Qassem bildirib.

Onun sözlərinə görə, HƏMAS idarəçiliyi Qəzzada Milli Hökumətin ixtiyarına verməyə hazırdır.

“Fələstin cəmiyyətinin müxtəlif fraksiyalarından ibarət komitə təhvil-təslim prosesinə nəzarət edəcək.

Biz bütün tərəfləri komitənin bərpa və yenidənqurma səylərini asanlaşdırmağa çağırırıq”, - HƏMAS sözçüsü bəyan edib.

Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi ilə İsrail və HƏMAS arasında əldə olunan razılaşmaya görə, 15 üzvdən ibarət olan Fələstin texnokratik hökuməti Qəzzanın idarəçiliyini HƏMAS-dan təhvil alaraq bu bölgəyə özü nəzarət etməlidir.

"Cebheinfo.az"

Seçilən
26
7
cebheinfo.az

8Mənbələr