AZ

Siyəzəndə ağır yol-nəqliyyat hadisəsi baş verib

Bakı–Quba–Dağıstan sərhəd yolunun Siyəzən rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində S. Mirzəyeva və qardaşı R.Mirzəyev həyatlarını itirmişlər.

Bu barədə XQ-yə DİN-dən məlumat verilib.

"Yol hərəkəti qaydalarının pozulması ağır nəticələrə səbəb olur, qaydalar insan həyatını qorumaq üçün müəyyən edilmiş normalardır. Baş DYP İdarəsi sürücülərin bir daha diqqətinə çatdırır ki, sükan arxasında tələsməyin, risk etməyin və qaydalara biganə yanaşmayın, çünki yol səhvləri bağışlanmır. Bir anlıq məsuliyyətsizlik illərlə davam edəcək peşmanlığa çevrilir".- məlumatda qeyd edilib.

Seçilən
7
6
xalqqazeti.az

10Mənbələr