AZ

Yol səhvləri bağışlamır Siyəzəndəki qəza ilə bağlı DYP dən AÇIQLAMA FOTO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Siyəzəndə bacı-qardaşın öldüyü yol qəzası barədə məlumat yayıb.

İdarədən Avtosfer.az-a verilən məlumata görə, fevralın 1-də Bakı–Quba–Dağıstan sərhəd yolunun Siyəzən rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində S. Mirzəyeva və qardaşı R.Mirzəyev həyatlarını itirib: "Bu hadisə sadəcə, yol qəzası deyil, bir ailənin taleyinə vurulmuş ağır zərbədir. Yol hərəkəti qaydalarının pozulması ağır nəticələrə səbəb olur, qaydalar insan həyatını qorumaq üçün müəyyən edilmiş normalardır. Baş DYP İdarəsi sürücülərin bir daha diqqətinə çatdırır ki, sükan arxasında tələsməyin, risk etməyin və qaydalara biganə yanaşmayın, çünki yol səhvləri bağışlanmır. Bir anlıq məsuliyyətsizlik illərlə davam edəcək peşmanlığa çevrilir".

Oxunub 186

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
avtosfer.az

10Mənbələr