İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlər seçilib.
Vətəninfo.az xəbər verir ki, “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin seçilməsi haqqında” qərar layihəsi parlamentin fevralın 2-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
İdman federasiyaları tərəfindən Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse-prezidenti Rəşad Rəsullu, Şahmat üzrə qadınlar yığma komandasının kapitanı İlahə Qədimova, dini konfessiyalar tərəfindən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, yaradıcılıq təşkilatları tərəfindən Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü Həcərxanım Babayeva və Azərbaycan Milli Konservatoriyasının dosenti Aytən Babayevanın İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədliyi irəli sürülüb.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılıb, Rəşad Rəsullu, Salman Musayev və Həcərxanım Babayeva 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçiliblər.