Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə yeni namizədlər seçilib.
Milli.Az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi müzakirəyə çıxarılıb.
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına İdman federasiyaları tərəfindən Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse-prezidenti Rəşad Rəsullu, Şahmat üzrə qadınlar yığma komandasının kapitanı İlahə Qədimova, dini konfessiyalar tərəfindən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, yaradıcılıq təşkilatları tərəfindən Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü Həcərxanım Babayeva və Azərbaycan Milli Konservatoriyasının dosenti Aytən Babayevanın namizədliyi irəli sürülüb.
Rəşad Rəsullu, Salman Musayev və Həcərxanım Babayeva 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçiliblər.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.
Milli.Az