Deputat qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərindəki "müsbət irəliləyişləri" müntəzəm alqışlayan beynəlxalq oyunçular, əslində real təhlükələri "görməzdən" gəlirlər.
Abramyanın sözlərinə görə, demokratiya və insan hüquqlarından dəm vuran strukturlar "Arsax" sakinlərinə qarşı edilən pozuntuları və Azərbaycan həbsxanalarında olan ermənilərin vəziyyətini diqqətdən kənarda saxlayırlar.(?)
Müxalif deputat xüsusilə vurğulayıb ki, beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklər öz geosiyasi maraqlarını ön plana çəkərək, Ermənistan daxilindəki siyasi məhbus probleminə bilərəkdən göz yumurlar.
"Maraqlı beynəlxalq strukturlar Ermənistanda baş verən qanunsuzluqları görmür və öz maraqlarını insan haqlarından üstün tuturlar," - deyə deputat bildirib.