EN

Tiqran Abramyan: "Beynəlxalq qurumlar Ermənistandakı siyasi məhbuslara göz yumur" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın müxalif Respublika Partiyasının üzvü, deputat Tiqran Abramyan beynəlxalq birliyi ikili standartlarda ittiham edib. O, öz "Facebook" səhifəsində yaydığı bəyanatda maraqlı xarici strukturların Ermənistanın daxili və xarici problemlərinə qarşı nümayiş etdirdiyi laqeydliyi kəskin tənqid edib.

Deputat qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərindəki "müsbət irəliləyişləri" müntəzəm alqışlayan beynəlxalq oyunçular, əslində real təhlükələri "görməzdən" gəlirlər.

Abramyanın sözlərinə görə, demokratiya və insan hüquqlarından dəm vuran strukturlar "Arsax" sakinlərinə qarşı edilən pozuntuları və Azərbaycan həbsxanalarında olan ermənilərin vəziyyətini diqqətdən kənarda saxlayırlar.(?)

Müxalif deputat xüsusilə vurğulayıb ki, beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklər öz geosiyasi maraqlarını ön plana çəkərək, Ermənistan daxilindəki siyasi məhbus probleminə bilərəkdən göz yumurlar.

"Maraqlı beynəlxalq strukturlar Ermənistanda baş verən qanunsuzluqları görmür və öz maraqlarını insan haqlarından üstün tuturlar," - deyə deputat bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
24
olaylar.az

1Sources