Bakı. Trend:
Ümummilli Lider Heydər Əliyevin 1996-cı il fevralın 2-dəkeçirilmiş Azərbaycan Gənclərinin I Forumunda səsləndirdiyi tarixifikirlər bu gün də öz aktuallığını qoruyur.
Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov Trend-əaçıqlamasında deyib.
O xatırladıb ki, Ulu Öndər həmin çıxışında gənclərin müstəqilAzərbaycan dövlətinin möhkəmlənməsinə və əbədi yaşamasına xidmətetməli olduqlarını xüsusi vurğulamışdı:
”Bu strateji baxışın reallaşdırılması üçün gənc nəslin fiziki vəmənəvi baxımdan sağlam, milli-mənəvi dəyərlərə sadiq, dövlətinəbağlı ruhda yetişdirilməsi əsas şərt kimi müəyyənləşdirilmişdi.Məhz bu yanaşma əsasında 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətəqayıdan Ulu Öndər Heydər Əliyev gənclərə diqqət və qayğını dövlətsiyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Hüquqi,dünyəvi və müasir dövlət quruculuğu prosesində gəncliyinenerjisinin həlledici rol oynadığını dəqiq qiymətləndirən ÜmummilliLider müxtəlif illərdə gənclər siyasətinin formalaşması vəinstitusional əsaslarının möhkəmləndirilməsi məqsədilə mühümqərarlar imzaladı. Onun təşəbbüsü ilə 1996-cı ildən başlayaraqAzərbaycan gənclərinin forumlarının keçirilməsi, 1997-ci ildəfevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi bu siyasətinardıcıl və sistemli xarakter daşıdığını təsdiqləyir. Bu gün ölkədəhəyata keçirilən gənclər siyasətinin ideoloji və konseptualtəməlində məhz Heydər Əliyevin zəngin siyasi irsi dayanır.”
K.Qafarov qeyd edib ki, hazırda Azərbaycanda Prezident İlhamƏliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasəti, dövləttərəfindən qəbul edilən proqramlar və imzalanan mühüm sənədlərgənclərin sosial rifahının yaxşılaşdırılmasına, məşğulluğunun təminolunmasına və intellektual inkişafına xidmət edir:
“Bu gün Azərbaycan gəncliyi yalnız dinamizmi və təşəbbüskarlığıilə deyil, eyni zamanda, dövlət maraqlarına sədaqəti ilə seçilir.Gənclərin potensialının üzə çıxarılması üçün yaradılan genişimkanlar onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə şəraityaradıb. Prezident İlham Əliyevin gənclərə göstərdiyi davamlıdiqqət onların özünəinam hissini daha da gücləndirib. Gənclərinbilik və bacarıqlarının reallaşdırılması, vətənpərvər və peşəkarkadrlar kimi formalaşması, eləcə də gənc ailələrin sosialmüdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlaruzaqgörən dövlət siyasətinin bariz nümunəsidir. Xüsusi olaraq qeydetmək lazımdır ki, 2003-cü ildən etibarən sistemli şəkildə həyatakeçirilən gənclər siyasətinin ən mühüm nəticələrindən biri 2020-ciildə Vətən müharibəsi zamanı özünü açıq şəkildə göstərdi.Azərbaycan Ordusunun sıralarında döyüşən gənclərin qəhrəmanlığı vəfədakarlığı tarixi Zəfərin əsas təminatçısına çevrildi. Məhz bunəsil torpaqlarımızın azad olunması ilə xalqımızın uzun illər davamedən həsrətinə son qoydu və müstəqil Azərbaycanın gücünü bütündünyaya nümayiş etdirdi.”